Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi millisi növbəti qələbəsini qazanıb.
"Unikal" xəbər verir ki, kişi millisi VIII turda Qazaxıstanı 2,5:1,5 hesabı ilə məğlub edib.
Qazaxıstan – Azərbaycan 1,5:2,5
Rinat Cumabayev – Rauf Məmmədov - 0,5:0,5
Əlişir Süleymanov – Qədir Hüseynov - 1:0
Arıstanbəy Urazayev – Vasif Durarbəyli - 0:1
Qazıbəy Nökərbəy – Nicat Abbasov - 0:1
Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan millisi 13 xalla 4-cü sıraya yüksəlib.