Sabirabadda yeni su nasostasniyası fəaliyyətə başlayıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Kür çayından qidalanan müasir tipli aqreqatlar vasitəsi su Sabir kanalına ötürüləcək və 21 min hektardan çox sahənin suvarlmasının daha da yaxşılması mümkün olacaq.
Sabirabad rayonunda yeni istifadəyə verilən su nasosstasniyasının Kürkəndi kəndində açlış mərasimi keçirilib. Toplantıda Rayon icra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev həmçinin cəmiyyətin nümayəndələri, fermerlər rayon sakinləri iştirak edib. Bildirilib ki, Sabirabad rayonunda əkin sahələrinin suvarılması üçün əsas qida mənbəyi kimi Kür çayından istifadə olunur. Çay üzərində yerləşən nasosstansiyalar vasitəsi ilə su kanallara və sahələrə ötürülür. Bildirilib ki növbəti belə Stansiya rayonun Kürkəndi kəndində istifadəyə verilib. Stansiyada quraşdırılan qurğu müasir tipli qurğudur və İsveçrə istehsalıdır. Hər biri saniyədə 1.7 kubmetr suvurma gücündə olan 3 aqreqatlı stansiya həm də üzən panton üzərində yerləşdirilib.. Bu da çayda suyun səviyyəsinə uyğun olaraq rahat işləyə bilməsi deməkdir. Ümumi məhsuldarlığı 5.1 kubmetr saniyə olan nasosstansiyanın yeni aqreqatlar köhnə qurğulara nisbətən enerjiyə iki qat qənəat edə biləcək və stasniya mobil çevikliyi fərqlənir.
Daha sonra yeni istifadəyə verilən stansiyasının iş prinsipinə baxış keçirilib. Qeyd edək ki, yeni nasos stansiyası Kür çayından su götürmklə uzunluğu 19 km olan ötürücü və sahələrə su çatdıran 54 km uzunluğu olan Sabir kanal şəbəkəsinə su vuracaq. Eyni zamanda sudan səmərəli istifadə məqsədi ilə nəzərdə tutulan tədbirlər planına əsasən Sabir kanalının beton üzlüyə alınması üçün hazırlanan layihə hazırlanır və tam başa çatdıqdan sonra kanalın beton üzlüyə alınmasına star veriləcək.