Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə "Neftçi", "Qəbələ" və "Zirə" üçün UEFA-dan ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.
"Unikal" xəbər verir ki, "ağ-qaralar"a 100 000 avro, "qırmızı-qaralar"a və "qartallar"a isə ayrılıqda 450 000 avro ödənilib.
Qeyd edək ki, "Qəbələ" və "Zirə" mübarizəni II təsnifat mərhələsində dayandırıb. "Neftçi" isə avrokuboklarla III raundda vidalaşıb.