Sumqayıtda təcili tibbi yardım maşını qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki şəhərin Bakı və Ağa Quliyev küçələrinin kəsişməsində təcili tibbi yardım avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində təcili tibbi yardım maşınında olan 3 nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.