Bakıda oğul atasını döyüb.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə iyul ayının 23-də Sabunçu rayonunda baş verib. Belə ki, Natiq Quliyev (ad-soyadlar şərtidir) oğlu Asim Quliyevin mobil telefonundan həyat yoldaşının balansına 2 manatlıq kontur göndərib.
Məhz buna görə A.Quliyev atası ilə mübahisə etməyə başlayıb. Onu itələyərək divana yıxıb, masanın üzərində olan boşqabı atasının baş nahiyyəsinə vuraraq sındırıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Murad İbrahimli