Moskva məhkəməsi Ukraynada xüsusi əməliyyatda iştirak edən rusiyalı hərbçilərin şəxsi məlumatlarını yayan botu və yanlış məlumatlar dərc edən "Telegram" kanalları silməkdən imtina edən teleqram mesencerini 4 milyon rubl (110 884 AZN) məbləğində cərimə edib.
"Unikal" rus mediasına istinadən xəbər verir ki, məhkəmə qərarını hakim Timur Vaxrameyev oxuyub.
Şirkət nümayəndələri məhkəmə tarixini bilə-bilə prosesə qatılmayıb.