“Ali təhsilli tibb bacılarına böyük ehtiyac var”.
"Unikal" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ixtisas seçimi zamanı nələrə diqqət yetirməli” mövzusunda keçirilən canlı yayımda deyib.
Onun sözlərinə görə, bir-iki ildən sonra həmin şəxslər daha tez iş tapacaqlar, nəinki tibb ixtisasını bitirənlər: “Məsləhət görərdim ki, tibb bacısı ixtisasını da qeyd etsinlər. Keçən il keçid balı 450-480 olub”.