Avqust ayının 18-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti dəfə səfər edərək Vəng və Ruşan kəndlərində səyyar qəbul keçirib.
"Unikal" xəbər verir ki, qəbula gələn sakinlər öncə millət vəkilinə hər il onlarla bir neçə dəfə görüşə gəldiyinə və problemləri ilə maraqlandığına görə təşəkkür ediblər. Qəbulda iştirak edən sakinlərin qaldırdırdığı məsələlər əsasən şəxsi məişət problemi ilə bağlı olub. Sosial məsələlərlə də bağlı müraciətlər edilib. Təbii qaz məsələsi də müzakirələr sırasında olub. Bir neçə məsələ operativ surətdə həll edilib.
Həlli zaman tələb edən məsələlər qeydiyyata alınıb. Bəzi məsələlər barədə aidiyyəti strukturlara müraciətin ediləcəyi bildirilib. Ailələrə dəstək məqsədilə humanitar yardımın edilməsi nəzərdə tutulub.