Sumqayıtda tikilidə yanğın olub. 

"Unikal" xəbər verir ki, yanğın şəhərin 9-cu məhəllədə yerləşən tikilidə baş verib. Yanğın tikilinin dam örtüyünü əhatə edib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilərək yanğın söndürülüb, digər ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.