Salyan rayonunda yanğın olub.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, Salyan rayonunun Yuxarı Noxudlu kəndində fermanın (hazırda fəaliyyət göstərmir) ərazisində ümumi sahəsi 624 m² olan tövlənin yanar konstruksiyaları 540 m² sahədə yanıb.

Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.