Kərəm Həsənovun xidmətsiz «elektron xidməti»
12:35 02-03-2013
İQTİSADİYYAT
Əmlak Məsələləri Dövlət Komitəsinin işində dəyişən heç nə yoxdur
Dünən internet KİV-də yayılan bir məlumat diqqətimizi çəkdi. Orada qeyd edilirdi ki, Əmlak Məsələləri Dövlət Komitəsi Nazirlər Kabinetinin müəyyən etdiyi 6 elektron xidmətdən 4-ü təqdim edir. Qurum əhaliyə və fiziki şəxslərə elektron xidmətlərin göstərilməsinə 2012-ci ilin may ayından başlayıb.
Hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti elektron müraciətlə daşınmaz əmlakı obyektlərin yüklənməsi barədə arayış və təkrar daşınmaz bazar üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış təqdim edir. Hansısa səbəbdən ilkin bazar üzrə elektron xidmətlər göstərilmir. ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion mərkəzi müsadirə olunmuş və dövlət mülkiyyətinə keçən əmlakların satışı üzrə hərraclarda iştirakla bağlı iddiaçıların müraciətlərini qəbul edir. ƏMDK mərkəzi aparatı dövlət müəssisə və təşkilatlarından əmlakın istifadəsinin qorunması üzrə hesabat formasını qəbul edir. ƏMDK ictimaiyyətə göstərilən elektron xidmətlərin səviyyəsi, onların əyani müraciətlərlə nisbəti ilə bağlı məlumat təqdim etmir.
Hökumətin 2011-ci ilin noyabrın 24-də təsdiq etdiyi mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlər siyahısına əsasən, ƏMDK həmçinin daşınmaz əmlak obyektlərinə dair kadastr xidmətlərinin göstərilməsi və ünvanlı reyestrdən çıxarışların verilməsi ilə bağlı elektron müraciətlər qəbul etməlidir. Hələlik bu xidmətlər göstərilmir.
ƏMDK-nin mətbu orqanı olan “Mülkiyyət” qəzetində hazırlanan elektron xidmətlərin anonsu verilib. Onlar arasında ipoteka və daşınmaz əmlakın lizinqi ilə bağlı əməliyyatlar, həmçinin avtonəqliyyat vasitələri və avadanlıqların satışına dair hərracların keçirilməsinə dair müracəit və sənədlərin qəbuludur.
Müraciətlərin və sənədlərin qəbulu ilə bağlı hazırki reqlament səhmdar cəmiyyətlərinin, kiçik müəssisələrin səhmlərinin, tamamlanmamış tikililərin və torpaq sahələrinin satışına dair hərracların təşkilinə imkan verir. Ancaq ƏMDK bu istiqamətdə hər hansı addım atmır. ƏMDK-nin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, bu “proqram təminatı ilə bağlı bir sıra məsələlərin həllini” tələb edir və bu, il ərzində mümkün olmayacaq.
Amma reallıq heç də Kərəm Həsənovun komitəsinin ictimaiyyət üçün açıqlamalarında deyildiyi kimi deyil. ƏMDK-nin elektron xidmətə keçməsi də komitənin çeşidli strukturlarında rüşvətin qarşısını almayıb. Daha doğrusu, rüşvətin həm məbləğinin, həm də miqyasının geniş olduğu işlərlə bağlı elektron xidmət faktiki olaraq həyata keçirilmir. Məsələn, elə komitənin özündən də təsdiqlədikləri kimi, ƏMDK daşınmaz əmlak obyektlərinə dair kadastr xidmətlərinin göstərilməsi və ünvanlı reyestrdən çıxarışların verilməsi ilə bağlı elektron müraciətləri qəbul etmir. Niyə? Çünki vətəndaşlardan ən çox rüşvət məhz kadastr xidmətlərinin göstərilməsi və ünvanlı reyestrlərin çıxarılması üçün alınır.
Hazırda sahibkarların, iş adamlarının əksər hissəsi yenə o fikrində qalır ki, hərracların keçirilməsində manipulyasiyalara yol verilir. İddiaçılara satışda iştiraka dair ərizə forması təqdim edilmir. Ona görə bu satışların 100%-i rəqabətsiz mühitdə keçirilir və obyektlər və səhmlər start qiymətə satılır.
Bir sözlə, Kərəm Həsənovun komitəsinin «elektron xidmətə keçid» barədə bir xeyli dərəcədə populist açıqlamalarına o qədər də etibar etmək olmur: hələlik Əmlak Məsələləri Dövlət Komitəsinin işində köklü dəyişən heç nə yoxdur. Hələ də ƏMDK mətbuatın və vətəndaşların ən çox şikayətləndiyi, tənqid və irad hədəfinə çevirdiyi qurumların ön cərgəsində gəlməyə davam edir.
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40