“Bizim evdə Final var” layihəsi davam etməkdədir. Zaur Baxşəliyevlə birgə “Final” yağ ailəsi həftə sonları Azərbaycanın müxtəlif bölgələrində yaşayan şəhər və rayon sakinlərinin qonağı olurlar.
"Unikal" xəbər verir ki, “Final” komandasını evlərinə dəvət edən, istifadə etdikləri “Final” yağını göstərən və #bizimevdəfinalvar deyən ailəyə müxtəlif hədiyyələr təqdim olunur.
Kampaniyanın davam etməsinə baxmayaraq komandanın yolu hələ çox uzundur. Sizin də qapınız döyülən zaman rahatlıqla #bizimevdəfinal demək istəyirsinizsə evinizə “Final” yağ çeşidlərindən almağı unutmayın.
Layihə çərçivəsində bu dəfə “Final” yağ komandası ölkəmizin şimal-qərbinə - Balakən və Zaqatalaya üz tutdu. Rayon sakinləri ziyarətçilərin inamını doğrultdu, onlar da evində “Final” yağı olan hər kəsə öz hədiyyələrini təqdim etdi, “Final” yağı olmayan ailələrə isə adıçəkilən markanın yağ çeşidlərini hədiyyə etdilər.
“Final” komandasının bölgələrə səfərləri davam edir. Siz də müxtəlif dəyərli hədiyyələr qazanmaq üçün mətbəxinizə “Final” yağı alaraq #bizimevdəfinalvar deyənlərdən biri olun.