Əkbər Hacıyevin «Azəriqaz»ı narazılıq yaratmağa davam edir
12:36 02-03-2013
İQTİSADİYYAT
Görəsən, qurumun quraşdırdığı qaz sayğaclarındakı pullar hara gedir?
«Azəriqaz» İstehsalat Birliyindən abonentlərin şikayətlərinin ard-arası kəsilmir. Xüsusilə qış mövsümü başlayandan bu şikayətlər daha da artıb. Əksəriyyət mənzillərə verilən qazın təzyiqinin aşağı olması və qaz sayğaclarının vəziyyəti ilə bağlı narazılıq edir.
Dünən bu mövzuda daha bir şikayət vardı: belə ki, Ruslan Xramov adlı oxucu tərəfindən göndərilən məktubda qeyd edilirdi ki, o, 190 manat ödəyərək qaz sayğacı alıb. Sonradan bankda smart kartın balansına 10 manat pul yükləmək istəyəndə deyiblər ki, balansa yalnız 7 manat köçdü, qalan 3 manat borca çıxılıb. "Söhbət hansı borcdan gedir, anlaya bilmirəm. Qaz idarəsinə zəng etdim, mənə dedilər ki, yanmış sayğacın pulunu çıxıblar", - o əlavə edib.
Məsələyə aydınlıq gətirən "Azəriqaz"ın mətbuat xidmətinin əməkdaşı Tahir Kazımovun sözlərinə görə isə, çox güman ki, həmin oxucunun istifadə olunan qaza görə borcu olub. "Əgər borc varsa, ödəniş edildikdə həmin məbləğin 30 faizi borca çıxılır. Bu ona görə edilir ki, abonentlər qazsız qalmasınlar. Qaz idarəsindən həmin şəxsə deyilənləri isə araşdırmaq lazımdır", - o əlavə edib.
Amma reallıq heç də «Azəriqaz» rəsmisinin dediyi kimi deyil. Məsələ burasındadır ki, hətta heç bir qaz borcu olmayan vətəndaşlar da qaz sayğaclarının pul silməsindən şikayətçidir.
Məsələn, təxminən iki ay əvvəl Pirşağı qəsəbəsinin sakinləri «smart-kart»la qaz yüklədikləri zaman balanslarından pul çıxılması ilə bağlı şikayətlənmişdilər. Bu barədə saytlara müraciət edən qəsəbə sakinləri bidirmişdilər ki, 10 gün olar ki, «smart-kart»la qaz yükləyəndə borcları olmadığı halda balanslarından pul çıxılır.
Şikayətçilər bildirmişdilər ki, bu hal təkcə bir evdə deyil, qəsəbədə başqa ailələrdə də eynidir: “5 manat məbləğində qaz yükləyəndə 1 manat 50 qəpik və ya 1 manat 80 qəpik, 10 manantlıq qaz yükləyəndə 3 manat, 20 manatlıq qaz yükləyəndə 6 manat civarında pul çıxılır. Məsul şəxslərdən səbəbini soruşuruq, «bilmirik» deyirlər”.
Oxşar halın Bakının Sulutəpə qəsəbəsində də yaşandığına dair keçənlərdə yayılan məlumatları xatırladaq.
Bu isə ortaya belə iddialar çıxarır ki, qaz idarələrində müəyyən yeyintilər var və həmin yeyintiləri kompensasiya etmək üçün də vətəndaşların balansından bu pullar çıxılır.
Oxşar şikayətlərin davam etməsi isə «Azəriqaz» rəhbərliyinin uzun müddətdir müxtəlif yerlərdə təzahür edən bu cür hallara əl qoymadığını, əksinə, problemin üstünə getməyərək belə hallara «yaşıl işıq» yandırmış olduğunu təsdiqləyir.
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35