Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yol qəzası keçirən İbrahim Tatlısəsə zəng edərək ən xoş arzularını çatdırıb və digər yaralılara şəfa diləyib.
"Unikal" xəbər verir ki, Rabitə Müdirliyindən verilən məlumata görə, prezident Ərdoğan İbrahim Tatlısəs və digər yaralıların sağlamlıq vəziyyətləri ilə bağlı məlumat aldıqdan sonra onlara tezliklə sağalmalarını arzulayıb.
Qeyd edək ki, Muğlanın Bodrum rayonunda türk müğənni İbrahim Tatlısəsin olduğu mikroavtobus qarşı tərəfdən gələn yük maşını ilə toqquşub. Qəzadan sonra uçuruma yuvarlanan avtomobildə ilişib qalan İbrahim Tatlısəs qrupların uzun səyləri nəticəsində xilas edilib.