Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, professor Cəmilə Həsənzadə vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə onun həmkarları sosial şəbəkələrdə məlumat paylaşıb.
Onun 7 gün koma vəziyyətindən sonra dünyasını dəyişdiyi deyilir.
Qeyd edək ki, 75 yaşlı elm işçisi bir müddət öncə İsrailin Azərbaycandakı səfiri Corc Dikin məşhurlaşmasına səbəb olduğu "Təbrizin sehrli nağılları" kitabının müəllifi idi.