Lerikdə evdə yanğın hadisəsi baş verib.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, rayonunun Qışlaq kəndində ümumi sahəsi 153 m² olan 3 otaqlı evin yanar konstruksiyaları və damına yığılmış 1,6 ton ot bağlaması yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Qonşu ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.