Abonentlərin müraciətlərinin vizual şəkildə qeydə alındığı “Açıq mikrofon” aksiyası məkan olaraq bu dəfə Ağstafa rayonunda keçirilib.
"Unikal" xəbər verir ki, səsləndirilən müraciətlərdən biri qeyri-yaşayış sahənin qazlaşdırılması olub ki, bu da Ağstafa şəhər sakini Vəfadar İsmayılovun xahişində yer alıb. Abonent hesabının passiv statusundan aktiv statusuna keçirilməsini isə Köhnə Qışlaq kənd sakini Adil Qasımov istəyib.
“Səyyar qəbul otağı”nın digər müraciətləri işə qəbul və fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı olub. SOCAR “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların ünvanladığı sualları cavabsız qoymayaraq aidiyyəti üzrə müvafiq qeydlər ediblər.