Bakı şəhəri, Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli  hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. 

İstintaq hərəkətləri davam etdirilir.

***15:10

Bakıda "Mehnur" loqopedik reabilitasiya mərkəzinin psixoloq və baxıcı saxlanılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi cinayət işi başlanılıb

***10:30

Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.

Bu barədə  "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.

***09:50

Xəbər verdiyimiz kimi, Bakıda loqopedik mərkəzdə azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

DİN-in mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, hazırda məsələ nəzarətə götürülüb: 

"Araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

***09:35

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.

"Unikal" xəbər verir ki,  bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında videogörüntlər paylaşılıb.

Bildirilir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alınıb. 

Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.