Xaçmazda polis əməkdaşı yol qəzasında ölüb.

Bu barədə  "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Sentyabrın 3-də saat 1 radələrində Xaçmaz rayonunun Nabran kəndi ərazisində Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə o, hadisə yerində ölüb.

Araşdırma aparılır.