Böyük Britaniyanın xarici işlər naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni Baş naziri seçilib.

"Unikal" xəbər verir ki, məlumatı BBC yayıb.

Sentyabrın 5-də Mühafizəkarlar Partiyasına yeni lider seçkisi keçirilib. Siyasi təşkilatın sədri vəzifəsi uğrunda Liz Trass və paytaxt Londonun meri Rişi Sunak mübarizə aparıb.

***

12:26

Bu gün Böyük Britaniyanın yeni Baş nazirinin adı açıqlanacaq.

"Unikal" xarici KİV-ə istiandən xəbər verir ki, Boris Consonu əvəz edəcək şəxs Britaniya Mühafizəkarlar Partiyasının sədri, eləcə də Britaniya hökumətinin sədri vəzifələrini icra edəcək.

Qeyd edək ki, Consonun yerinə iki əsas namizəd var: Böyük Britaniyanın xarici işlər naziri Liz Trass və Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak.

Ağarza Elçinoğlu