Tərtərçayda qadınla birlikdə oğlu da batıb.

"Unikal"ın məlumatına görə, 67 yaşlı Rzayeva Fizzə Kamil qızının meyiti tapılsa da, onun 21 yaşlı övladı Cəlilov Qiyas Rasim oğlunun axtarışları FHN dalğıc axtarış qrupu tərəfindən davam edirilir.

Ehtiram Muradov

***

12:01

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tərtərçay çayının Tərtər rayonu, Tərtər şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə "Unikal"a FHN-dən məlumat verilib. Məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.