İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin vəziyyəti ağırdır. Həkimlərin xərçəngə qarşı tətbiq etdiyi yeni müalicə üsulları da nəticə vermir.
"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, həkimlərin gözləntisi bədbindir. Onların qənaətincə, Xamenei bu ilin sonuna kimi xərçənglə mübarizə apara bilməyəcək.
"Hazırda həkimlər qrupu cəhdlərini dayandırmasa da, xərçəng bütün bədəni bürüyüb. Artıq elə bir mərhələ başlayıb ki, indi onunla mübarizə aparmaq mənasızdır", - deyə bildirilib.
Ağarza Elçinoğlu