İndoneziyanın Halmahera adasındakı İbu vulkanı yenidən aktivləşərək dörd kilometr yüksəkliyə kül püskürüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, iki dəqiqə davam edən püskürmə yerli vaxtla 07:11-də başlayıb və qalın kül qərbə doğru yayılıb.

Vulkanın 5 kilometr radiusunda hər cür fəaliyyətə qadağa qoyulub.

Ölkənin vulkanologiya agentliyinin bəyanatına görə, vulkanın yaxınlığında təxminən 13 min insan yaşayır, lakin hazırda təxliyə planı yoxdur.