Çin lideri Si Cinpin sentyabrın 14-16-da Qazaxıstan və Özbəkistana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu, Si Cinpinin COVID-19 pandemiyasından sonra ilk rəsmi xarici səfəri olacaq.
O, ŞƏT-in Səmərqənd sammitində iştirak edəcək, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşəcək.