Çeçenistan lideri Ramazan Kadırov Ukraynanın ölkənin şərqindəki əks-hücum zamanı Rusiyadan 3000 kvadrat kilometrdən çox ərazini geri aldığını elan etdikdən sonra diqqətçəkən açıqlamalar verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə "Telegram" kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, Rusiya ordusu dərhal taktikanı dəyişməlidir, əks halda vəziyyətlə bağlı Rusiya prezidenti Putinə məlumat verəcək. Belə ki, Ukraynanın şərqində kritik təchizat mərkəzi olan İzyum ukraynalılara keçdikdən sonra Kadırov Rusiya ordusunu tənqid edib.
"Əgər bu gün və ya sabah xüsusi hərbi əməliyyatla bağlı dəyişiklik edilməsə, mən Kremlə yerdəki vəziyyəti izah etməliyəm. Mən Müdafiə Nazirliyində işləmirəm və strateq də deyiləm. Amma burada səhvləri görə bilirəm. Səhv etdikləri aydındır. Ümid edirəm ki, onlar qısa müddətdə lazımi nəticəni çıxara bilərlər”, - deyə o, bildirib.
Gülayə Mecid