Sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində 96 yaşında dünyasını dəyişən İngiltərə kraliçası II Elizabetin qızı Şahzadə Anna anasının tabutu qarşısındakı etdiyi hərəkəti ilə diqqət çəkib.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Kraliça Elizabetin cəsədi Balmoral iqamətgahını cənazə arabasında tərk edərək Şotlandiyanın Aberdin, Tayside və Pert kimi şəhərlərindən keçib.
Belə ki, cənazə maşının arxasıyca gedən Anna anasına hörmətini göstərmək üçün diz çöküb. Onun bu hərəkəti pərəstişkarlarını göz yaşlarına boğub.
Şahzadənin diz çökdüyü anlar sosial mediada gündəm mövzusuna çevrilib.