Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ABŞ Dövlət Departamentinin Qafqaz məsələləri üzrə yeni baş müşaviri, ATƏT-in amerikalı həmsədri Filip Rikeri qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə İrakli Qaribaşvili öz "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, görüşdə Gürcüstanın Avropaya inteqrasiyası, ABŞ və Gürcüstan arasında strateji əməkdaşlıq məsələləri, o cümlədən ABŞ-ın regionda və onun hüdudlarından kənarda rolu müzakirə olunub.
Tərəflər Ukraynada davam edən müharibə vəziyyətini müzakirə ediblər, Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyətə də diqqət yetirilib.
Ağarza Elçinoğlu