Ukrayna qoşunları cənubdakı cəbhə xəttində 12 km-dək irəliləyib. Müdafiəçilər artıq Xerson vilayətinin 13 yaşayış məntəqəsini azad ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Cənub Operativ Komandanlığı məlumat yayıb.
Azad edilən ərazilərin ümumi sahəsinin 500 kvadrat km-dən çox olduğu bildirilib.
“13 yaşayış məntəqəsi, o cümlədən Vısokopolie, Novovoznesenskoye, Beloqorka, Mirolyubovka azad edilib”, - məlumatda vurğulanıb.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri son 2 həftə ərzində 1800-dən çox işğalçını məhv edib, 150-dən çox komanda məntəqəsinə, komanda və istehkamlara zərbələr endirib, 122 tank və 500-dən çox zirehli texnika, 134 artilleriya sistemini sıradan çıxarıb.