Mərmilər təyyarənin bir neçə santimetr yaxınlığından keçib.

"Unikal" xəbər verir ki, sosial şəbəkələrdə Su-25 pilotunun iki zenit raketindən necə məharətlə yayındığını göstərən video yayılıb.

Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri Rusiya təyyarəsini portativ zenit-raket kompleksindən vurmağa cəhd edib.

Lakin pilotun peşəkarlığı sayəsində təyyarəyə hücum uğursuz alınıb.

Videoda bir neçə saniyə ərzində buraxılan iki raketin təyyarənin yanından, ondan bir neçə santimetrliyindən necə keçdiyi göstərilir.

Ramil Zeynallı