Türkiyənin Ukraynadakı səfirliyi ölkədə Rusiya ilə əməkdaşlıq edən türk iş adamlarına və banklara qarşı sanksiya kampaniyasının aparılması ilə bağlı xəbərləri araşdırır.
"Unikal" xəbər verir ki, bunu Ankarada jurnalistlərə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik deyib.
"Hər hansı bir ölkənin Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi və ya çağırışı qəbuledilməzdir. Biz bu vəziyyəti izləyirik. Kiyevdəki səfirimiz bunu öyrənir", - prezident Tayyib Ərdoğanın rəhbərlik etdiyi partiyanın sözçüsü bildirib.