Brüssel Ermənistan-Azərbaycan sərhədində vəziyyəti diqqətlə izləyir.
"Unikal" xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər Xidmətinin sözçüsü Peter Stano Lurerin Ermənistan-Azərbaycan sərhədində və Artsaxdakı təmas xəttində artan gərginliklə bağlı sualını cavablandırarkən deyib.
“Biz tərəfləri vəziyyəti gərginləşdirə və Avropa İttifaqının güclü şəkildə dəstəklədiyi və sadiq qaldığı nizamlanma prosesini poza biləcək bu cür hərəkətlərdən çəkinməyə çağırırıq”, - deyə Peter Stano bildirib.