Çinin Sıçuan əyalətində baş verən 6,6 bal gücündə zəlzələdə ölənlərin sayı 93 nəfərə çatıb.

"Unikal" xəbər verir ki,  səlahiyyətlilərdən verilən açıqlamada itkin düşən 25 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi, can itkisinin 93-ə yüksəldiyi açıqlanıb.

Qeyd edək ki, Siçuan əyalətində sentyabrın 5-də 6,6 bal gücündə zəlzələ  baş verib. 

 

Ötən ilin iyununda Çinin Siçuan əyalətinin Yaan şəhərində baş vermiş 4, 2013-cü ildə isə 7 bal gücündə zəlzələ 100-dən çox insanın həyatına son qoyub.