Entoni Blinken Tehranın nüvə sazişinin uzadılması ilə bağlı danışıqlarda ifadə etdiyi mövqeyi geriyə addım adlandırıb və Vaşinqtonun nəyin bahasına olursa olsun ona qoşulmağa tələsməyəcəyini bildirib.
"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Mexikoda olarkən deyib.
"Son həftələrdə müəyyən boşluqları aradan qaldırdıq. İran Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA, qeyri-rəsmi olaraq İranın Nüvə Sazişi adlanır - red.) ilə birbaşa əlaqəli olmayan bəzi kənar tələblərdən geri çəkildi”, - ABŞ Dövlət Departamentinin rəhbəri bildirib.
Onun sözlərinə görə, İranın Aİ-nin nüvə sazişi ilə bağlı təkliflərinə cavab verməsi geriyə addımdır və bu, yaxın vaxtlarda razılığın əldə olunmasını çətinləşdirir.