ABŞ Ukraynada baş verənləri dəstəkləməkdə davam edərkən, bunun onlara təsir etməyəcəyinə inanırsa, deməli, çox yanılırlar.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Telegram" kanalında yazıb.
"Vaşinqton Kiyev rejimini hərbiləşdirməyə davam edir, onu yeni cinayətlərə sövq edir. Və Vaşinqton müharibəni sonuncu ukraynalıya qədər davam etdirəcək. Düşünürlər ki, baş verənlər onlara toxunmayacaq. Amerikalılar çox yanılırlar. ...", - deyə Volodin bildirib.
Gülayə Mecid