ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planı Rusiyanın qələbəsidir.

"Unikal" xəbər verir ki, bu barədə Amerikanın “Rolling Stone” jurnalı məlumat yayıb. 

İddia olunur ki, Trampın planı Ukrayna münaqişəsinin dondurulmasını, həmçinin Rusiya üçün yeni ərazilərin tanınmasını nəzərdə tutur.

“Tramp düşünür ki, Ukraynadakı münaqişəyə son qoya bilər. Əslində o, Rusiyaya qələbə qazandırmağa hazırlaşır”, - materialda qeyd olunur.