Noyabrın 15-də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bir saata yaxın davam edən telefon söhbətində Kansler Ukrayna böhranı ilə bağlı müzakirələr aparmaq üçün Rusiyaya çağırış edib.
Olaf Şolts Vladimir Putin ilə telefon danışığından əvvəl Prezident Volodimir Zelenski ilə də telefonda danışıb və ölkəsinin müharibənin davam etdiyi müddətdə Ukraynaya dəstəyinin davam etdirəcəyini bildirib.
Kansler Olaf Şolts və Vladimir Putin arasında sonuncu telefon danışığı 2022-ci ilin oktyabrında olub.
*** 18:06
Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.
"Unikal" xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. Telefon söhbəti bir saata yaxın davam edib.
Qeyd edək ki, bu, Almaniya kanslerinin son 2 ildə Putinlə ilk telefon danışığıdır.