Erməni tərəfinin bəyanatlarında İrəvanı KTMT-nin bütün iş formatlarından uzaqlaşdırmaqdan bəhs edilir.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın noyabrın 28-də keçiriləcək KTMT sammitində iştirakının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib.
Yüksək rütbəli diplomatdan Ermənistanın KTMT-nin qarşıdakı tədbirlərində, o cümlədən liderlərin görüşündə iştirak etmək şansının olub-olmaması ilə bağlı sual verilib. “Sualı erməni tərəfə verin”, - deyə Pankin reaksiya göstərib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, “KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhlükə yaradır”.