Rusiya Federasiyanın prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts may ayından bəri ilk dəfə telefon danışığı aparıblar.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, telefon danışığı bir saat yarım davam edib. Tərəflər Ukraynadakı vəziyyəti, o cümlədən Zaporojye AES-i, Avropadakı enerji böhranı və “taxıl müqaviləsi”ni müzakirə ediblər.