Yeni tədris ilinin başlanması münasibətilə  ATMU-nun Keyfiyyət təminatı və Təhsildə qiymətləndirmə şöbələrinin əməkdaşları tərəfindən işgüzar görüş təşkil olunub.

"Unikal" xəbər verir ki, universitet müəllimlərinin iştirakını nəzərdə tutan tədbirdə tədris prosesinin daha səmərəli formada təşkili, yeni qiymətləndirmə və silabus formalarının yazılış qaydaları haqqında təqdimatlar yer alıb.

Gündəmdəki mövzularla bağlı tədbir geniş fikir mübadiləsi çərçivəsində başa çatıb.