Türkiyəli aktyor Mesut Akustanın yeni layihəsi bəlli olub.
"Unikal" xəbər verir ki, aktyor "Cennetin çocukları" adlı serialda baş rollardan birini ifa edəcək. O, aktrisa Ayça Bingölün həyat verdiyi "Cennet" obrazının həyat yoldaşını canlandıracaq.
Qeyd edək ki, Mesut sonuncu dəfə "Teşkilat" serialında "Mete başkan" obrazına həyat verib.