“Azərbaycan” qəzetinin fəaliyyətini davam etdirməsinin hüquqi əsası “Media haqqında” qanunun 59.2-ci maddəsidir. Həmin maddəyə uyğun olaraq Milli Məclis çap mediası subyektinin təsisçisi ola bilər.
Bu barədə "Unikal"a Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyindən bildiriblər.
“Media haqqında” qanunun 59.2-ci maddəsində qeyd olunub ki, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli fərmanı ilə ölkədə çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) siyahısı təsdiq edilib.