Bu gün axşam saatlarında “Nar” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə "Unikal"a “Nar” şirkətindən bildirilib.

Qeyd olunub ki, şəbəkə xidmətlərində yaranan çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb.

22:15

Bu gün axşam saatlarında yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə "Unikal"a "Bakcell" şirkətindən məlumat verilib. "Artıq abunəçilərimiz rahatlıqla Bakcell xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!", - açıqlamada deyilir.

19:38

Texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.

"Unikal" xəbər verir ki, “Bakcell” şirkətinin PR və korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova bildirib ki, texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür.
"Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, - şirkət rəsmisi vurğulayıb.

NAR-dan verilən məlumatda qeyd olunub ki, texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb: “Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır.

Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək”.

xxx

19:01

Azərbaycanda bəzi mobil operatorların şəbəkə sistemində problemlər yaranıb.

"Unikal"-ın məlumatına görə, bu barədə mobil operator istifadəçiləri bildirib.

Qeyd olunur ki, artıq 1 saata yaxındır ki, "Bakcell" və "Nar" mobil operatorunda şəbəkə itib, zəng vurmaq mümkün deyil.