Lənkəranda itkin düşən qız tapılıb.

"Unikal"ın məlumatına görə, 2006-cı ildə anadan olmuş Şahnaz Elşad qızı Hüseynova şəhər ərazisində aşkarlanıb. Bu gün günorta saatlarında tapılaraq ailəsinə təhvil verilib

*** 00:01

Lənkəranda 16 yaşlı Şahnaz Hüseynova itkin düşüb.

"Unikal" reporta istinadən xəbər verir ki, Zövlə kənd sakini olan Şahnaz Elşad qızı Hüseynovanı sonuncu dəfə məktəbdən çıxarkən görüblər.

Qızlarının məktəbdən qayıtmadığını görən valideynləri narahat olublar. Onu hər yerdə axtarsalar da, heç bir məlumat ala bilməyiblər.

Ş.Hüseynovanın itkin düşməsi ilə bağlı polisə məlumat verilib.