Xəbər verdiyimiz kimi, Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.
"Unikal"ın məlumatına görə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı, "Ədalət" qəzetinin baş redaktoru, deputat Aqil Abbas və "Yeni Azərbaycan" qəzetinin keçmiş baş redaktoru, deputat Hikmət Babaoğlu İdarə Heyətinə seçilməyiblər.