Hirkan Milli Parkının direktorunun saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bunu "Unikal"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
"Ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən Hirkan Milli parkında araşdırma başlanıb. Hadisədə şübhəli şəxslər dindirilir. Hirkan Milli parkının direktorunun saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".