“YAŞAT” Fondu bu il də ilk dəfə tələbə adını qazanan şəxslərə 2000 AZN pul mükafatı təqdim edib.
"Unikal" xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.
“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov 2022-2023-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid övladları ilə görüşüb, yeni tədris ilində onlara uğurlar diləyib. Fond tərəfindən onlara birdəfəlik pul mükafatı - 2000 AZN təqdim edilib.
İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular təqaüdlə bağlı ətraflı məlumatı 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.