Xəzər rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala avtomobil yolunun sol hissəsində baş tutan aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Xəzər rayon təşkilatı, Vətən müharibəsi iştirakçıları, qazilər, idarə-müəssisə və təşkilat rəhbərləri, rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyada Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə müxtəlif növ ağaclar əkilib, ağaclara aqrotexniki qulluq göstərilib.















.jpg)

.jpg)
.jpg)




.jpg)







.jpg)
.jpg)





















