Görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin heykəli quraşdırılması planlaşdırılan əraziyə gətirilib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, heykəlin ucaldılması üçün bütün lazımi işlər yekunlaşdırılıb. Yaxın günlərdə abidənin açılışı olacaq.

Qeyd edək ki, abidənin müəllifi heykəltaraş Tural Rzaquliyevdir.