"Əminəm ki, bütün sərhəd məntəqəsində Azərbaycan bayrağı dalğalanacaq".
"Unikal" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, bu gün Azərbaycan torpaqları uğrunda ordunun canından keçən hərbçilərin anım günüdür:
"Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar Azərbaycanın istiqlalı, ərazi bütövlüyü uğrunda canlarından keçdilər. Hər gün 10 minlərlə insan şəhidləri ziyarət edir. Xalqımızın dövlətimizlə bir olması, dəmir yumruq ətrafında birləşərək düşmən başına ədalət yumruğu - "Dəmir yumruq" endirildi. Mən əminəm ki, sərhədlərimizin bütün sərhəd məntəqələrində Azərbaycan bayrağı dalğalanacaq".
Anar Kəlbiyev