Ukraynada saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsi iştirakçısı, Azərbaycan vətəndaşı Misir Qasımlı üçün ilk gündən vəkilin tutulması bu ölkədəki diaspor təşkilatları tərəfindən həyata keçirilib.
"Unikal" xəvər verir ki, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
Fuad Muradov deyib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmlər doktoru Hikmət Cavadov Misir Qasımlının zaminə buraxılmasını təklif edib və zamin durmağa hazır olduğunu bildirib:
“Bu gün bu proses gedir. Nəzərə almaq lazımdır ki, Ukrayna müharibə şəraitindədir. Diaspor təşkilatları, səfirlik bu işlə məşğuldur. Söhbət prosedur qaydalardan gedir. Diaspor təşkilatları və səfirliyin də dəstəyi ilə bu prosesi diqqət mərkəzində saxlayırıq”.